#Bank

Karantin dövründə 100-dək sahibkar Unibankda onlayn hesab açıb

May 23, 12:37 / Mənbə: Banco.az

Karantin dövründə 100-dək sahibkar Unibankda onlayn hesab açıb

“Unibank”ın banka gəlmədən onlayn hesab açmaq xidməti fərdi sahibkarlar tərəfindən çox müsbət qarşılanıb. Xüsusi karantin rejimində biznes sahiblərinə dəstək məqsədilə istifadəyə verilən bu xidmət, onlarla sahibkara banka gəlmədən, evində oturaraq, dəqiqələr ərzində onlayn bank hesab açmaq imkanı yaradıb.

“Unibank”ın onlayn hesab açmaq xidmətindən istifadə edən sahibkarlar xidmət haqda nə düşünürlər:

 Amil Qurbanov: “Sumqayıtda qalıram. İnternetdə “Unibank”ın onlayn hesab xidməti haqda xəbəri oxuyan kimi müraciət etdim. Müraciətim elə karantin rejiminin ilk günlərinə təsadüf edib. Evdə oturaraq, çox qısa müddətdə, həm də yüksək səviyyədə xidmət oldu”.

Rənaxanım Rzayeva : “Yaşım 65-dən yuxarıdır. Karantin rejimi ilə əlaqədar evdən çıxmağın mümkün olmadığı bir vaxtda, “Unibank”ın bu xidməti çox köməyimə çatdı. Belə mükəmməl xidmətə görə təşəkkürümü bildirirəm.

Bahəddin Əlimərdanov: “Qısa müddət üçün Rusiyaya gəlmişdim, pandemiya ilə əlaqədar  Bakıya qayıda bilmədim. Belə bir çətin vəziyyətdə bu xidməti təmin etdiyiniz üçün çox sağ olun!”

Elgün Abdullayev: Şəkidə yaşayıram. Filiala getmişdim, sıxlıq idi və pandemiya ilə əlaqədar filialın daxilinə növbə ilə buraxırdılar, çöldə gözləyən zaman bank əməkdaşı məlumat verdi ki, ASAN imzası olanlar evdən onlayn bank hesabı aça bilərlər. Evə qayıdıb onlayn müraciət etdim. Sonra videozənglə əlaqə saxladılar. Hesabımı qısa müddətdə açdılar, rekvizitləri də özümə göndərdilər”.

Polad Budaqov: Karantin günlərində 2 saatlıq icazə alıb bank filialına gedib hesab açmaq çox çətin idi. Həm yol, həm filialda gözləmək vaxt alırdı. “Unibank”ın bu xidməti haqda eşidən kimi onlayn müraciət etdim və qısa müddətdə, çox rahat şəkildə bank hesabımı açdılar”.

“Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:

- Unibank.az saytından (https://hesab.unibank.az/login) “Onlayn hesab açın” bölməsinə daxil olursunuz;

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.