#Idman

Keçmiş UFC çempionu Mayk Taysonu döyüşə çağırdı

May 23, 12:33 / Mənbə: Kaspi.az

Keçmiş UFC çempionu Tito Ortis sabiq dünya çempionu Mayk Taysonu döyüşə çağırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, özünün "Instagram" səhifəsində bildirib.

"Əfsanə əfsanəyə qarşı. Biz nə vaxt bunu edəcəyik?”, - deyə Ortis iki idmançının kollaj edilmiş şəklini paylaşaraq sosial şəbəkədə yazıb.

Tito Ortis görüşü hansı idman növündə keçirmək istədiyini dəqiqləşdirməyib.

Ortis UFC çempionu tituluna 2000-2003-ci illərdə sahiblik edib. Hazırda o, qarışıq döyüş sənətləri qaydalarına uyğun olaraq çıxışlarını davam etdirir.

Bundan əvvəl Tayson Evander Hollifildlə döyüş keçirmək təklifini müsbət qarşılayıb.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.