#Idman

Nazarov Almaniyada növbəti qolunu vurdu

May 23, 12:30 / Mənbə: Qol.az

Almaniya 2-ci Bundesliqasında 27-ci tura start verilib.

Qol.az xəbər verir ki,  millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" bu turda "Nürnberq"in qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. Görüşdə hesabı 51-ci dəqiqədə məhz millimiz oyunçusu açıb.Qeyd edək ki, "Erzgebirge" hazırda 38 xalla 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, D.Nazarov bundan əvvəlki tur "Sandhausen"lə görüşdə də qol vurmuşdu. O, 5-ci dəqiqədə penaltidən fərqlənmişdi.

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.