#Cəmiyyət

Gəncliyin inkişafı ilə bağlı dövlət tərəfindən davamlı olaraq addımlar atılır

May 23, 12:27 / Mənbə: Kaspi.az

"Azərbaycanda gəncliyin inkişafı ilə bağlı dövlət tərəfindən davamlı olaraq addımlar atılır”.

 

Bu fikri yap.org.az-a Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, son illər gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması yönündə layihələrin həyata keçirilməsi vacib amillərdən biridir: "Əlbəttə ki, ölkəmizdə gəncliyin inkişafı istiqamətində atılan addımlarla bağlı kifayət qədər faktlar sadalamaq mümkündür. Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır. Bu gün yeni yaradılan strukturlarda, o cümlədən ASAN Xidmət və DOST mərkəzlərində çalışanların əksəriyyəti də gənclərdir. Prezident İlham Əliyevin may ayının 19-da 3 saylı DOST Mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına verdiyi  müsahibəsində qeyd etdiyi kimi, məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və digər ölkələrlə bu təcrübəni bölüşsün”.

Millət vəkili onu da söyləyib ki, dövlət başçısı tərəfindən ötən illər ərzində gənclərin hərtərəfli inkişafı ilə əlaqədar dövlət proqramları imzalanıb ki, həmin sənədlərdə gənclərin sosial məsələlərinin həllindən başlamış onların cəmiyyət həyatında fəallığının təmin edilməsi yönündə bütün məsələlər əksini tapıb. Düşünürəm ki, gənclərimiz bundan sonra da dövlətimizin başçısının "Gənclər yaxşı oxumalı, peşəkar olmalı, öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərməlidirlər” tövsiyəsinə ciddi şəkildə əməl etməlidir”.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.