#Idman

Almaniya klubunda daha iki nəfər koronavirusa yoluxdu

May 23, 12:23 / Mənbə: Qol.az

Almaniyanın “Dinamo” (Drezden) klubunda daha iki nəfərdə koronavirus aşkarlanıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Koronavirusa yoluxanlardan birinin futbolçu, digərinin isə klub işçisi olduğu bildirilib. Həmin şəxslərin adı açıqlanmayıb.

Daha əvvəl koronavirusa yoluxduğu açıqlanan iki nəfərin növbəti testi isə neqativ nəticələnib.

Koronavirusa yoluxan şəxslərin karantinə alındığı və növbəti həftələrdə yenidən testin keçiriləcəyi bildirilib.

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.