#Idman

Berlin derbisində darmadağın

May 23, 12:15 / Mənbə: Qol.az

Almaniya bundesliqasında 27-ci tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Berlin derbisində "Herta" doğma meydanda "Union"la qarşılaşıb və rəqibinə 4:0 hesabı ilə qalib gəlib.

"Herta" - "Union" - 4:0Qollar: İbişeviç, 51, Lukebakio, 52, Kunya,61, Boyata, 77

Bu qələbə ilə xalını 34-ə yüksəldən meydan sahibləri turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Union" isə 12-ci pillədə qalıb.

Qeyd edək ki, turnir cədvəlinə 58 xalla "Bavariya" başçılıq edir. Dortmund "Borussiya"sı 54 xalla 2-ci, Münhenqladbax "Borussiya"sı 52 xalla 3-cüdür.

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.