#Kibertəhlükəsizlik

Çinin dövlət orqanları Clubhouse-dakı söhbətlərə qulaq asmış ola bilərlər |

Feb 16, 12:32 / Mənbə: Technote.az

    Son bir neçə həftədir ki, hamı Clubhouse adlı yeni sosial şəbəkə haqqında danışır. Bu sosial şəbəkə əsasən Elon Musk-ın ordakı çıxışından sonra məşhurlaşdı. Bu tətbiq həmçinin çinli itifadəçilər arasında da geniş istifadə olunurdu. Lakin heç gözlənilmədən 8 fevral tarixində Clubhouse Çində bloklandı. İndi isə məlum olub ki, Çin hökuməti tətbiqdəki istifadəçilərin bütün danışıqlarını əldə etmiş ola bilər. Clubhouse keçən il keçmiş Google tərtibatçıları tərəfindən istifadəyə verilib. Bu tətbiqə hal hazırda yalnız dəvətnamə vasitəsilə qoşulmaq mümkündür. Digər analoqlardan fərqli olaraq Clubhouse istifadəçilər arasında yalnız səsli ünsiyyət imkanını verir və faktiki olaraq spikerlər ilə dinləyicilərin olduqları platformanı xatırladır.

    8 fevral tarixində Clubhouse Çində bloklanmışd. Məlumata əsasən bunun əsas səbəbi isə Çində qadağan olunmuş mövzuların Clubhouse-da müzakirəsidir. Hələ daha öncədən istifadəçilər narahat idilər ki, dövlət orqanları onların danışıqlarını dinləyə bilərlər. Stenford Universitetinin mütəxəssisləri bu ehtimalı yoxlamaq qərarına gəliblər. Məlum olub ki, istifadəçilərin narahatlıqları heç də əbəs yerə deyilmiş.

Bənzər xəbər

ABŞ-ın dövlət orqanları ilə silahlanma sistemlərinə süni zəkanın sürətli inteqrasiyası planı hazırlanıb

Sözügedən servisin çalışmasını müşahidə edərək müəyyən etmək olub ki, Clubhouse-un server infrastrukturunu Şanxayın Agora adlı şirkəti təqdim edib.

    Bu şirkət real zaman ərzində ünsiyyət üçün nəzərdə tutulmuş proqram təminatının hazırlanması ilə məşğul olur. Bundan əlavə olaraq istifadəçilərin və çatların unikal identifikatorları şifrələnməmiş şəkildə ötürülübmüş. Başqa sözlə desək, həmin identifikatorlar adi mətn formatında olublar. Bundan əlavə olaraq məlum olub ki, səsli çatların metaməlumatları Çində yerləşən serverlərə ötürülüb və artıq ordan bütün dünyaya yayılıb. Mütəxəssislərin məlumatlarına əsasən Agora şirkəti istifadəçilərin emal edilməmiş audiosiqnallarına sahib olub. Yəni başqa sözlə desək, şirkət istifadəçilərin bütün söhbətlərinə sahib olub.

    Agora Çin şirkəti olduğundan yerli kibertəhlükəsizlik qanunlarına əsasən o, milli təhlükəsizliyə zərbə vura biləcək audio mesajları axtarmaqda və saxlamaqda dövlətə yardımçı olmalıdır. Bu bəyanata cavab olaraq Agora təmsilçiləri bildiriblər ki, onlar istifadəçilərin audio və metaməlumatlarını digər məqsədlər üçün saxlamırlar. Onların sözlərinə əsasən onlar bu məlumatları şəbəkə keyfiyyətinin monitorinqi üçün saxlayırlar. Bundan əlavə olaraq Clubhouse təmsilçiləri Stenford Universitetinin mütəxəssislərinə bildiriblər ki, onlar əlavə şifrələyici məlumatları daxil etməklə tətbiqin iş prinsipini dəyişmək niyyətindədirlər.

Xəbərin mənbəsi: Technote.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.