#Kibertəhlükəsizlik

Brauzerlərdəki Incognito rejimi heç də təhlükəsiz deyilmiş |

Feb 15, 12:18 / Mənbə: Technote.az

    Bir çox tədqiqatçılar əmindirlər ki, brauzerdə izlənmə funksiyasının deaktiv edilməsi üçün sadəcə olaraq Incognito rejiminə keçid etmək lazımdır. Lakin məlum olub ki, saytların tərtibatçıları hətta keşin təmizlənməsi və əlavə bloklayıcı funksiyaların aktivləşdirilməsi halında da sistemin işini izləmək imkanını verən üsullar yaradıblar. Yeni üsul barəsində məlumatı Çikaqodakı İllinoys Universitetinin tədqiqatçıları veriblər. Onların sözlərinə əsasən saytlar Favicons (veb saytların və veb səhifələrin ikonları) əsasında keş funksiyasından istifadə edirlər.

    Bu funksiya isə istifadəçilərin identifikasiyası və izlənməsi üçün istifadə olunur. Sözügedən özəllik Safari brauzerində aşkar edilib və istifadəçinin daxil olduğu saytların tarixçələrinin üçüncü tərəflərə görünmə imkanını yaradır. Bu hətta brauzerdə Incognito rejiminin aktiv olduğu zamanda da baş verir. Bu halda keşin təmizlənməsi və ya əlavə bloklayıcı funksiyaların aktivləşdirilməsi heç bir nəticə vermir. Problem ondan ibarətdir ki, müasir brauzerlərin keş funksiyalarında Favicons üçün nəzərdə tutulmuş keş mövcuddur. Onu izolyasiya etmək və ya deaktivləşdirmək qeyri mümkündür. Məlumatın orda qalma müddəti isə 1 ildir.

Bənzər xəbər

Galaxy S11 108 MP-lik kameradan əlavə yüksək göstəricili teleobyektiv də əldə edəcək

    Hal hazırda bu cür sistem Chrome, Safari və hətta ən təhlükəsiz brauzer kimi bilinən Brave-də də mövcuddur. Bu məsələdə izlənmə ilə mübarizə üçün nəzərdə tutulmuş heç bir üsul kömək etmir. Maraqlısı ondadır ki, Firefox-un son versiyasında Favicons-un düzgün çalışmasına mane olan sistem səhvi aşkar edilib. Çox güman ki, növbəti yenilənmələrdə həmin problem aradan qaldırılacaq və Firefox da həmin brauzerlərin siyahısına daxil olacaq. Məlumatda qeyd edilib ki, mövcud olan problemin həlli hələki yoxdur.

Xəbərin mənbəsi: Technote.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.