#Araşdırmalar

Karantin dövründə sığorta şirkətləri hansı yeniliklər edib?

May 13, 17:12 / Mənbə: Banco.az

COVID-19 virusu ilə bağlı davam edən karantin rejimi bütün şirkətlərin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, onların bu vəziyyətdə daha yaxşı xidmət göstərməyə sövq etdi. Beləliklə, sığorta şirkətləri də yaranmış vəziyyətdə fəaliyyətsiz qalmadı. Şirkətlər evdə qalarkən vaxtımızın səmərəli keçirmək üçün məsləhətlərdən tutmuş virusdan qorunma üsullarına qədər insanları məlumatlandırırlar. Sığorta məhsullarını isə sayt, mobil tətbiq və ya zəng vasitəsilə əldə etmək mümkündür.

İndi isə koronavirus pandemiyası vaxtı sığorta şirkətləri hansı tədbirlər gördüyünə nəzər yetirək.

1. Atəşgah Sığorta

Müştərilərin sağlığını düşünən şirkət sığorta məhsullarını əldə etmək istəyənlərə şirkətin rəsmi internet səhifəsindən, qaynar xəttinə zəng etməklə(012-940) və Whatsapp nömrəsinə (+99455 254 80 10) müraciət etmək imkanı yaradır.

Bundan əlavə, şirkət işləri üzrə sənədləri təmassız və ya online şəkildə “Zərərlərin tənzimlənməsi” ofisinə təqdim etmə imkanı yaradıb. 

‌Şirkət Sphera HealthcareAZ şirkəti ilə birgə 30 aprelədək "Salam Doktor" layihəsi həyata keçirir. Belə ki, bu layihə çərçivəsində korporativ müştərilərə audio və video vasitəsilə psixoloq, həkim-pediatr, həkim-terapevtlərdən məsləhət almaq imkanı yaradır. Həmçinin şirkət evdən işləməyin ən effektiv üsulları, sosial media marketinqi ilə bağlı video məsləhətlər verir. Evdə olduğunuz müddətdə isə qonşunun mənzilinə vura biləcəyiniz zərərdən sığortalanmaq üçün "Arxayın Qonşu" sığorta məhsulundan faydalana bilər.

Şirkət hazırki vəziyyəti nəzərə alaraq yeni maddi itkiləri minimallaşdırmaq üçün yeni "Antikoronavirus" sığorta məhsulunu müştərilərə təklif edir.

2. PAŞA Həyat SığortaBu vəziyyətdə müştərilərə fasiləsiz xidməti təmin etməyi hədəfləyən şirkət işçi və rəhbər heyətə yeni distant sistemdə çalışmaq üçün təlimlər keçirdi. Həyat sığortası şirkəti olaraq əməkdaşlarının sağlamlığını qorumaq məqsədilə dərhal 75%-dən artıq işçi evdən çalışma rejiminə keçirildi. Ofisə gəlmək məcburiyyətində olan əməkdaşların ictimai nəqliyyatdan istifadəsini azaltmaq üçün taksi xidməti təşkil edildi. 

Karantin dövründə PAŞA Həyat şirkətinin populyar Həyatın Yaşam Sığortası məhsulunu əldə etmək istəyənlər evdən çıxmadan onlayn formada müraciət edirlər.  Bunun üçün linkə https://soft.pasha-life.az/pc/onlineapp/ daxil olaraq müraciət formasını doldurmaq kifayətdir.

‌PASHA Life-ın dəstəyi ilə “Sumqayıt” Futbol Klubunun futbolçuları “Evdə qal, sağlam qal” adlı aksiya çərçivəsində şəhərimizin yaşlı sakinləri ilə evlərində görüşüb və onlara yardım ediblər.

3. PAŞA Sığorta

‌Şirkət evdə vaxtı səmərəli keçirmək üçün mütəmadi Harvard Universitetinin pulsuz onlayn kurslardan faydalanmaq, teatr tamaşalarına, xarici ölkələrin məşhur muzeylərinə baxmaq, peşakar məşqçilərin fitness məşqlərini izləmək və s. üçün faydalı linklər paylaşır.

Cari vəziyyətdə ehtiyac olan tibbi dəstəyin təmin edilməsi üçün PAŞA Sığorta şirkət “Könüllü Tibbi Sığorta” proqramı təklif etdiyi bütün korporativ müştərilərinə tam təmənnasız “Telesəhiyyə xidməti” təklif edir. Bu xidmət vasitəsilə PAŞA Sığortadan Könüllü Tibbi Sığortası olan hər kəs 31 May tarixinə qədər saat 08:00-dan 22:00-dək (bazar günləri istisna olmaqla) və bayram günləri saat 10:00-dan 16:00-dək (+994 12) 404 98 50 telefon nömrəsi ilə əlaqə saxlayıb sağlamlıqları ilə əlaqədar yaranan müxtəlif sorğularla bağlı peşəkar ailə həkimi və həkim-pediatr məsləhətindən yararlana biləcəklər.

Hazırda bütün dünyanın diqqət mərkəzində olan COVID-19 virusunun yayılması ilə əlaqədar olaraq insanlarda stress və psixoloji gərginliyin artması müşahidə olunur. Qayğıya, anlayışa və dəstəyə daha çox ehtiyac duyulan bu dövrdə şirkət könüllü tibbi sığortası olan hər bir müştərisinə tam təmənnasız “Psixoloq Konsultasiyası” xidmətini təklif edir. Bu xidmət vasitəsilə sığortası olan hər bir şəxs həftə içi 5 gün saat 12:00-dan 16:00-dək (+99412) 404 98 58 telefon nömrəsi ilə əlaqə saxlayaraq tam anonim şəkildə psixoloji dəstək ala bilər.

Bu xidmətlər PAŞA Sığortanın tərəfdaşı olan “Sphera health care AZ” şirkəti tərəfindən təmin edilir.

PAŞA Sığorta şirkəti könüllü avtomobil sığortası (KASKO) üzrə kampaniya keçirir. Kampaniyanın şərtlərinə əsasən, 22 may tarixinədək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək fərdi müştərilər sadəcə 10 aylıq dövr üçün sığorta haqqı ödəməklə avtomobil üçün tam bir illik təminat əldə edə biləcəklər. Belə ki, 12 ay üçün hesablanan sığorta haqqının 2 aya düşən hissəsi şirkət tərəfindən qarşılanacaq ki, bununla da müştərilər 2 aylıq KASKO təminatından hədiyyə olaraq faydalanacaqlar. Kampaniya çərçivəsində müştərilərə sığorta haqqını xüsusi güzəştli qrafiklə hissəli formada ödəmək imkanı da təqdim olunur.           

PAŞA Sığorta hər kəsin sadəcə özünü və sevdiklərini qorumağa çalışdığı bu dövrdə bütün xalqımızın sağlamlığını qorumağa çalışan fədakar tibb işçilərimizin əzmini yüksək qiymətləndirir və bu qayğıkeş insanlara təşəkkür olaraq yeni kampaniyaya start verir. Belə ki, KASKO sığortası əldə etmək istəyən tibb işçilərinə sığorta haqqı məbləğinin 50 % qismində endirim olunacaq. Kampaniyadan yararlanmaq istəyən səhiyyə əməkdaşları müraciət zamanı peşələrini təsdiq edən hər hansı sənəd təqdim etməklə endirimdən faydalana biləcəklər.

Meqa Sığorta

Şirkət sağlamlığımızın qorunması üçün istər evdə qalanlar, istərsə də iş başında olanlar üçün “Evdə qal” layihəsi çərçivəsində sosial şəbəkələrdə hədiyyəli müsabiqələr hazırlayaraq dəstək olmağa çalışır.

Sığorta müqavilələrinin elektron formada bağlanılması üçün şirkətin rəsmi saytında  Səfər sığortası və Avtonəqliyyat Vasitələrinin Mülki Məsuliyyətinin İcbari sığortası (AVSMMİS) növləri üzrə elektron sığorta müqavilələrinin alınması prosesi tam yekunlaşdırıla bilər.

Digər bütün sığorta növləri üzrə ofisə yaxınlaşmadan şirkətin  saytı vasitəsilə onlayn müraciət edərək sığorta müqaviləsinin bağlanılması üçün müraciət etmək mümkündür.

A-Qroup Sığorta‌Şirkət virusdan qorunmaq üçün evdən çıxmadan dərman sifarişlərini evlərə çatdırır. Həmçinin 525 tənha yaşlıları ərzaq və gigiyena məhsulları ilə təmin edib. Sığorta ödənişlərini isə evlərinizi tərk etmədən A-Group Mobile Concierge, E-pul.az, Hesab.az vasitəsilə ödəməyi tövsiyyə edir. Bundan əlavə, şirkət evdə qalarkən qonşulara dəyə biləcək zərərlərdən qorunmaq üçün isə qonşu sığorta məhsulunu diqqətə çatdırır.

Bakı Sığorta

Karantin dövündə şirkət kasko sığortası almaq istəyən müştərilərə artıq şirkətin rəsmi saytı vasitəsilə məhsulu tam əldə etmək imkanı yaradıb. Eyni zamanda, şirkət tərəfindən tam onlayn olaraq əmlak sığortası üzrə evdəqalendirimlə al kampaniyası təqdim edilib.

Günay Sığorta

‌Şirkət “Sağlam Ailə” Tibb Mərkəzi ilə birgə sosial layihə həyata keçirib. Bu layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəkidə vətəndaşlara qoruyucu maska, dezinfeksiya edici məhlul və maarifləndirici materiallar paylanılıb.Bununla yanaşı, karantin rejimi ilə əlaqədar sosial vəziyyəti çətinləşənlər, 65 yaşdan yuxarı şəxslər daxil olmaqla 100 imkansız ailəyə yardım göstərilib.

Standard Insurance

Şirkətin təşəbbüsü ilə karantin rejimində insanlara evdə qalmağın vacibliyi barədə çağırış tipli post və videolar hazırlanaraq sosial şəbəkələrdə paylaşıldı. Pandemiya dövründə, həmçinin müştərilərə 2 yeni sərfəli sığorta məhsulu təqdim edildi. Şirkətin bölgələrdə yerləşən filial və nümayəndəlikləri ilə də online rejimdə iclaslar keçirildi, eyni zamanda müştərilərin sorğu və müraciətləri operativ şəkildə cavablandırıldı.

AzSığorta‌Şirkət bu günlərdə dərmanların evə çatdırılması ilə müştərilərinin qayğısına qalır.

Azərbaycan Sənaye Sığorta

‌Şirkət karantin rejimi ilə əlaqədar evdən çıxa bilməyən müştəriləri üçün onlayn psixologiya, pedriatiya və terapiya ilə bağlı konsultasiya verir.

Xalq Sığorta

‌Şirkət tibb işçilərinin əziyyətlərini dəyərləndirərək, onlar üçün xüsusi Partnyor Kasko sığortası təqdim edir.

Qala Sığorta və Qala Həyat Sığorta

Müştərilərin şirkətin xidmətlərindən online şəkildə yararlanmasını təmin etmək məqsədilə "Qala Sığorta" yenilənmiş mobil tətbiqini istifadəyə verdi. "Qala Həyat" sığorta da yeni Covid-19  həyat sığortası məhsulunu təqdim etdi.

Sığorta şirkətləri tərəfindən yardıma ehtiyacı olan 100 ailəyə əsas ərzaq tələbatlarından ibarət qutular paylanıldı. Şirkət koronavirusla mübarizə tədbirləri çərçivəsində əhali arasında aksiya təşkil edərək 500 nəfəri virusdan qorunma qaydaları və antiseptik vasitələrlə təmin etdi.

Tərlan Qəhrəmanova, Banco.az

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.