#Araşdırmalar

Dünyanın ən qədim rəngi hansıdır?

May 12, 21:21 / Mənbə: Banco.az

Beynəlxalq elm adamlarının apardıqları araşdırmalar Avstraliya, Yaponiya və Amerika Birləşmiş Ştatlarında dünyanın ən qədim rəngi olduğu düşünülən rəngi aşkara çıxarıb: Parlaq Çəhrayı

Qədim piqmentlər ibtidai dövrə aid olan bir okeanın tapıldığı, Qərbi Avropanın Mavritaniya hövzəsindəki Saxara səhrasının altında 1.1 milyard illik qayalıqlardan qazılmışdır. Tapılan piqmentlərdə çəhrayı rəng çalarının illər öncə tapılan piqmentlərdən yarım milyard il daha qədim olduğu öyrənilmişdi. Avstraliyanın Beynəlxalq Universitetində doktorantura proqramına daxil olan çalışmalar üçün analizlərə rəhbərlik edən Dr. Nur Gueneli “piqmentlərin fotosintez prosesini icra edə bilən nəsli kəsilmiş okean orqanizmləri tərəfindən yaradılan molekulyar fosillər” olduğunu açıqlayır.

Tapılan 1.1 milyard illik yaşı olan rənglər çalarlarını dəyişir, konsentrasiya edildikdə fosillər qan qırmızısı rəngindən tünd bənövşəyi rəngə çevrilir. Toz halına salındıqdan və seyrədildikdən sonra parlaq çəhrayı rəng ortaya çıxır.

Həmçinin oxu: Loqolardakı rənglərin psixoloji təsirlərini bilirsinizmi?

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.