#Kibertəhlükəsizlik

Yeni virus dünyanın bütün superkompüterlərinə hücum edib |

Feb 03, 14:44 / Mənbə: Technote.az

    ESET şirkətinin mütəxəssisləri aşkar edilmiş yeni kompüter virusu barəsində hesabat təqdim ediblər. Aşkar edilmiş yeni virus artıq bütün dünya üzrə superkompüterlərə hücum reallaşdırıb. Zərərçəkmişlər arasında təkcə Windows serverlər deyil həmçinin Linux, BSD və Solaris vasitəsilə çalışan cihazlar da var. Kobalos adını əldə etmiş bu zərərli proqram təminatı hackerlərə fayl sistemlərini ələ keçirtməyə, terminal seanslarını işə salmağa və virusa yoluxmuş digər serverlərlə proksi əlaqələrinin yaradılmasına imkan verir. Bu kiberhücumdan Avropadakı elmi-tədqiqat və universitet şəbəkələri zərər çəkiblər. Bundan əlavə olaraq kiberhücuma həmçinin Asiyanın böyük internet provayderi, Şimali Amerikanın antivirus istehsalçısı, özəl və dövlət serverləri məruz qalıblar.

Bənzər xəbər

AMD bir rekord daha qırdı: Dünyanın ən sürətli prosessoru Ryzen 9 3900X seçildi

    Mütəxəssislər qeyd ediblər ki, sözügedən zərərli proqram təminatı kiçik həcmli koda və müxtəlif sistemlərdən çox sayda yan keçmə üsuluna sahibdir. Linux üçün olan zərərli proqram təminatları arasında bu cür yüksək qəlizliyə sahib viruslara çox nadir hallarda rast gəlinir. Mütəxəssislər bildiriblər ki, Kobalos tərəfindən kiberhücuma məruz qalmış sistemlərdəki qorunan şəbəkə protokolu (SSH) istifadəçi hesablarının oğurlanması üçün açıq vəziyyətdə qalıb. Həmin istifadəçi hesablarının qorunması üçün ikifaktorlu autentifikasiya sisteminin aktivləşdirilməsi məsləhət görülür. Virusun istifadəçi cihazlarına hücum edib-etmədiyi barəsində bir məlumat verilməyib.

Xəbərin mənbəsi: Technote.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.