#Idman

“Milan” evində autsayderi məğlub edib ilk pilləyə yüksəldi - VİDEO

Dec 05, 00:25 / Mənbə: Oxu.az

İtaliya çempionatının 16-cı turunda “Milan” doğma meydanda autsayder “Salernitana”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılaşma Milan təmsilçisinin 2-0 hesablı qələbəsi ilə nəticələnib.

Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə F.Kessie, 18-ci dəqiqədə isə A.Saelemaykers fərqlənib.

Qələbə sayəsində “Milan” hazırda 38 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

8 xallı “Salernitana” isə yenə də son pillənin sahibi olub.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.