#Dünya

Bir çox NATO ölkələri Türkiyənin PUA-larını almaqda maraqlıdır - Çavuşoğlu

Dec 04, 23:59 / Mənbə: News.milli.az

Bir çox Avropa İttifaqı (Aİ) və NATO ölkələri Türkiyənin istehsal etdiyi hərbi pilotsuz uçuş aparatlarını almaqda maraqlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Antalyada keçirilən "Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar - 2021" konfransının açılışında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib: "Polşanın Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarını alması ilə ilk dəfə olaraq Aİ və NATO üzvü olan bir ölkə hərbi arsenalına bizim məhsulumuzu qatmış olur ki, bu da böyük əhəmiyyət kəsb edir. Hazırda bir çox Aİ və NATO üzvü olan ölkələr bizim məhsullarımızla maraqlanır".

Nazir əlavə edib ki, Türkiyə tərəfi bu istiqamətdə bir çox ölkələrlə danışıqları davam etdirir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.