#Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Dec 04, 16:40 / Mənbə: Oxu.az

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 832 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 889, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 346, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 597 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 675 649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 095 524, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 588 915, buster doza üzrə vaksinasiya olunanların sayı isə 991 210 təşkil edir.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.