#Cəmiyyət

``Yaşıl Marafon`` çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)

Dec 04, 16:56 / Mənbə: Az.trend.az

Bakı. Trend:

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyalarına digər qurumlar da böyük ruh yüksəkliyi ilə qoşulub.

Trend xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, “ASAN xidmət” mərkəzlərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə Xocasən qəsəbəsində keçirilən ağacəkmə zamanı 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4000-ə yaxın müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində ağacəkmə tədbirləri bu gün Bakının Müşfiqabad qəsəbəsində və ölkənin digər regionlarında da keçirilib.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.