#Cəmiyyət

Şəhidin azyaşlı övladı toyda bəy və gəlini kövrəltdi: “Bu gülləri atam sizə cənnətdən göndərib” - VİDEO

Dec 04, 11:42 / Mənbə: Oxu.az

Dünən toy məclislərindən birində qeydə alınmış görüntü hər kəsi kövrəldib.

Oxu.Az xəbər ki, Vətən müharibəsinin şəhidi, DSX-nin baş leytenantı Elçin Əzizovun oğlu Yusif Əzizov atasının yaxın qohumunun toyunda iştirak edib.

Belə ki, toy mərasiminə Azərbaycanın Dövlət Himninin sədaları altında içəri daxil olan şəhid övladı əlindəki gül dəstəsini gəlinə təqdim edib.

Toyda çıxış edən Yusif anasının və atasının bu toyda birlikdə iştirak etməsini istədiyini bildirib: “Çox təəssüf ki, olmadı. İnanıram ki, atam cənnətdən bizi izləyir. Əlimdəki gülləri atam sizə cənnətdən göndərib. Anamın və atamın adından bu gülləri sizə təqdim edirəm”.

A post shared by Oxu.Az (@oxuaz)

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.