#Cəmiyyət

Ordunun Təlim və Tədris Mərkəzində seminar keçirilib (FOTO)

Dec 04, 10:09 / Mənbə: Az.trend.az

Bakı. Trend:

Müdafiə Nazirliyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda seminar təşkil edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, seminar çərçivəsində psixoloq ixtisaslı zabitlərə psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.