#Azərbaycanca

Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü

Nov 28, 23:20 / Mənbə: News.day.az

İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək.

Day.Az-ın məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində İran hökumətinin sözçüsü Əli Bahadori yazıb.

Ə.Bahadori bildirib: "Xarici siyasətdəki bütün imkanlara balanslaşdırılmış baxışın nəticəsi olan İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli qaz müqaviləsi İranın 5 vilayətini qazla təmin edəcək. Qonşulara xüsusi diqqətlə beynəlxalq münasibətlər sahəsi artıq bir neçə konkret ölkə ilə məhdudlaşmır".

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.