#Siyasət

İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur - amerikalı ekspert

Nov 29, 00:01 / Mənbə: Az.trend.az

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

Ekspert qeyd edib ki, İƏT-in XV Zirvə Toplantısı Avrasiya qitəsində, xüsusilə sənaye və iqtisadi inkişaf sahəsində əsas prioritetləri müəyyən edən böyük qlobal tədbirdir:

"İƏT-ə üzv dövlətlərin bu münasibətlə təsdiqlədiyi və İkinci Qarabağ müharibəsində Azərbaycanı şanlı qələbə münasibətilə təbrik edən bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə və Azərbaycanla əməkdaşlığın yeni səhifəsini açmağa çağırışdır. İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur".

Onun sözlərinə görə, Türkmənistan və digər İƏT-ə üzv dövlətlər Zəngəzur dəhlizindən onları Türkiyə, Qara dəniz regionu və Avropa bazarları ilə birbaşa birləşdirəcək körpü kimi istifadə etməklə Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirlər:

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.