#Bank

Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır

Nov 05, 11:44 / Mənbə: Banco.az

Rəqəmsal ödəniş ekosisteminin inkişafı istiqamətində həyata keçirilən islahatların davamı olaraq Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Memorandum əsasında növbəti illərdə tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, rəqəmsal ödənişlər və fintex ekosistemində birgə konfrans, seminar və digər tədbirlərin təşkili, xüsusilə rəqəmsal ödəniş ekosisteminin inkişafı və təhlükəsizliyi üzrə koordinasiya edilmiş fəaliyyətin həyata keçirilməsi və digər bu kimi istiqamətlərdə əməkdaşlıq edilməsi nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, bank sistemi və fintex ekosistemində təmsil olunan maliyyə institutları arasında fəaliyyətin koordinasiya olunmuş formada həyata keçirilməsi ümumillikdə ölkədə bank xidmətlərinin rəqəmsallaşmasını sürətləndirəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.