#Maraqlı

Brusellyoz

Jan 14, 08:11 / Mənbə: News.milli.az

Brusellyoz-uzun müddətli qızdırma ,hərəki-dayaq , sinir ,ürək damar və orqanizmin digər sistemlərini zədələnməsi ilə xarakterizə olunan kəskin və ya xroniki infeksiyon xəstəlikdir.

Brusellanın törədicisinin 6 müstəqil növü var.

Səbəbləri.

Brusellyoz tipik zoonoz infeksiyadır .Brusellyozla müxtəlif ev heyvanları - inəklər,donuzlar,qoyunlar və s. xəstələnirlər.İnsanın yoluxması xəstə hevanların doğuşu,yunun qırxılması zamanı , həmcinin yoluxmuş ət, süd,pendir və digər qida məhsullarından istifadə etdikdə baş verir.

Simptomları:

Əsas əlamətləri temperaturun yüksəlməsi , tərləmə ,baş ağrıları, tez yorulma , oynaqlarda ağrılar iştahanın pozulması və s. ibarətdir.

Brusellyoz üçün hepatolienal sindrom xarakterikdir . Qaraciyər və dalaq qabırğa qövsündən kənara çıxır, əllədikdə ağrılı və yumşaq olur.

Ağır hallarda və uzun müddətli xroniki gedişində ürək- damar sistemində dəyişikliklər qeyd olunur. Ürəyin hüdudları genişlənir , tonları karlaşır, bəzən ürəyin zirvəsində küy eşidilir.

Diaqnostika:

Brusellyozun diaqnozu kliniki,epidemioloji və laborator göstəricilər əsasında qoyulur. Xəstələrdə brusellaların tapılması diaqnozu təsdiq edir. Diaqnostikanın tezləşdirmək üçün əşya şüşəsi üzərində Xeddelson reaksiyası qoyulur. Bundan əlavə dəridaxili Bürne allergik sınağından geniş istifadə olunur. Bu sınaq spesifik hesab olunur .

Müalicəsi :

Kəskin dövrdə antibiotiklər 7-10 gün müddətində təyin olunur. Bununla yanaşı vaksinoterapiya aparılır. Bu məqsədlə öldürülmüş brusellyoz vaksinindən istifadə olunur. Vaksinoterapiya 8-10 infeksiyadan ibarətdir.

Profilaktikası:

Profilaktikası - tibbi sanitar veterenar və təsərüffat sahələrini əhatə edir. Xəstə heyvanlar aşkar olunmalı, iri və kiçik buynuzlu heyvanlarda brusellyoz əleyhinə vaksinasiya aparılmalı, heyvandarlıq təsərüffatı sağlamlaşdırılmalıdır.

Bu portalda yerl

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.