#Maraqlı

Dünyanı yeni buz dövrü təhlükəsi gözləyir

Jan 14, 08:12 / Mənbə: News.milli.az

Antarktidada əriyən aysberqlər zəncirvari bir reaksiyaya səbəb ola bilər ki, bu da Yer kürəsini yeni buz dövrü ilə üz-üzə qoyacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" Kardiff Universitetinin tədqiqatçılarının məlumatlarına istinadən yazır.

Alimlər əriyən aysberqlərin tədricən təmiz suyun Atlantik okeanına axdığını qeyd edirlər. Bu proses dünya okeanının sirkulyasiyasında dəyişikliklərə səbəb olur ki, nəticədə dünyanı yeni bir iqlim soyuması təhlükəsi gözləyə bilər. Tədqiqatçılar müəyyən ediblər ki, aysberqlərin əriməsi ilə okeanların dövriyyəsi arasında əlaqə son 1,6 milyon il ərzində hər buz dövrünün başlanğıcında mövcud olub.

Bundan əvvəl elm adamları buzlaqların əriməsi və qlobal istiləşmənin digər fəsadlarının dünya okeanı səviyyəsinin tədricən artmasına gətirib çıxaracağı və nəticədə insan tərəfindən mənimsənilən sahil zolaqlarının su altında qalacağı təhlükəsi barədə xəbərdarlıq ediblər.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.