#Dünya

Çində son 8 ayda ilk dəfə “COVID-19”dan ölüm qeydə alındı

Jan 14, 08:43 / Mənbə: Qafqazinfo.az

Yanvarın 13-də Çində koronavirusdan ölüm qeydə alınıb.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin saytında deyilir.

“Son sutkada 138 yeni yoluxma, bir ölüm halı qeydə alınıb”, - mətndə qeyd olunub. Qurumun statistikasına səasən, Çində 2020-ci il mayın 16-dan koronavirusdan ölüm halı olmamışdı.  

Ümumilikdə ölkədə 87 844 nəfər koronavirusa yoluxub, 4 635 nəfər bu virusdan dünyasını dəyişib, 82 324 nəfər isə sağalıb. Ölkədə 885 aktiv koronavirus xəstəsi var ki, onlardan da 24-nün vəziyyəti ağır qiymətləndirilir.

Xəbərin mənbəsi: Qafqazinfo.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.