#Maraqlı

Qızılca

Jan 14, 07:51 / Mənbə: News.milli.az

Qızılca infeksion xəstəlik olub yüksək yoluxuculuq qabiliyyətinə malikdir.İnsanların qızılca virusuna qarşı həssaslığı kifayət qədər yüksəkdir.Xəstəliyə müxtəlif yaşlı insanlar , ən çox da uşaqlar yoluxurlar.Qızılca xəstəliyinin ən çox uşaqlarda baş verməsi bu xəstəlilyn uşaq xəstəliyi olması anlamına gələ bilər.

Xəstəliyin yoluxma mənbəyi insanlardır.Yoluxma adətən hava-damcı, bəzən isə təmas vasitisilə olur.Yoluxma dövrü adətən səpgilərin əmələ gəlməsinin 2-5 -ci günündə baş verir.

PATOGENEZİ VƏ KLİNİKASI:

Qızılca kəskin infeksion xəstəlik olub ,qızdırma,yuxarı tənəffüs orqanlarının və gözün selikli qişasının kataral iltihabı,həmçinin dəridə ləkəli səpgilərlə xarakterizə olunur.Gizli dövr uşaqlarda 8-12 gün, böyüklərdəisə 3 həftəyə qədər ola bilir.Xəstədə yüksək qızdırma, üşütmə olur.Qızdırma 39-40 * yə qədər yüksələ bilir.

Qızılca xəstəliyi üçün mərhələli səpgi sindpomu xarakterikdir.

Səpgilər əvvəlcə üzdə( qulaq seyvanının arxasında və alın nahıyədə) olur, sonra isə yuxarıdan aşağıya doğru ətraflara yayılır.

Qızılcanın fəsadları aşağıdakılardır.

1.Orta qulağın iltihabı

2.Pnevmoniya

3.Postinfeksion ensefalomielit

4.Panensefalit

DİAQNOSTOKASI:

Qızılca xəstəliyinin tipik kliniki simptomları olduğu üçün laborator diaqnoza ehtiyac qalmır.Lakin atipik qızılcada mikrobioloji analizlər yoxlanıla bilər.

MÜALİCƏSİ:

Müalicəsi simptomatikdir.A və C vitaminləri xəstəliyin gedişini yüngülləşdirə bilər.

Qızılca xəstəliyinə yoluxan bəzi ehtiyat tədbirlərini görməlidir.

-geniş, havası tez- tez dəyişilən otaqda yatmalı ;

-otağın tempraturunu 18-22* arasında saxlamalı;

- südlü yeməklər,meyvə şirələri,mal ətinin suyu ilə qidalanmalı;

-çoxlu meyvə və tərəvəz qəbul etməli;

-istirahətinə diqqət yetirməlidir.

Xəstə uşaqları uşaq bağçasına və yaxud məktəbə göndərmək olmaz.Qızılcanın müalicəsi üçün dərman yoxdur, amma qızılca peyvəndi vardır.Bu peyvənd qızılcadan qorunmaqda çox faydalıdır və uşaq poliklinikalarında dövlət tərəfindən pulsuz həyata keçirilir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.