#Cəmiyyət

Bakıda iki motosikletçini avtomobil vurub

Jan 14, 08:22 / Mənbə: News.milli.az

Paytaxtın Binəqədi və Sabunçu rayonlarında yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Binəqədi qəsəbəsində qeydə alınmış hadisə zamanı 1991-ci il təvəllüdlü Əziz Rüstəmov motosikleti ilə hərəkətdə olan zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Analoji hadisə Sabunçu qəsəbəsində də baş verib. 2001-ci il təvəllüdlü Yusifov Kənan Mahir oğlu motosikleti ilə hərəkətdə olan zaman onu kiçiktutumlu yük avtomobili vurub. K.Yusifov komatoz vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.