#Amerika

KİV: "Snapchat" Baydenin andiçməsi günündə Trampın hesabını həmişəlik bloklayacaq

Jan 14, 08:16 / Mənbə: Apa.az

“Snapchat” sosial şəbəkəsi yanvarın 20-də ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını həmişəlik bloklayacaq.

APA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

“İctimai təhlükəsizlik maraqları naminə və onun (Trampın - Red.) dezinformasiya yaymaq, qəzəb nitqi ilə çıxış etmək və şiddətə çağırış etmək cəhdləri əsasında qaydalarımızı açıq şəkildə pozduğuna görə hesabını həmişəlik bağlamağı qərara aldıq”, - deyə nəşr “Snapchat”ın nümayəndəsinə istinadən yazıb.

Qeyd edək ki, “Snapchat” Vaşinqtonda baş vermiş iğtişaşlardan sonra Trampın hesabını qeyri-müəyyən müddəcən dondurub. ABŞ-ın hazırkı prezidentinin hesabları, “Twitter”, “Facebook” və “Instagram” daxil olmaqla, digər sosial şəbəkələrdə də bloklanıb. Bu xidmətlərin rəhbərliyi belə bir qərarı Trampın onların tətbiq etdiyi qaydaları pozması və öz hesablarından sui-istifadə etməklə iğtişaşları daha da alovlandırmağa çalışmaq istəməsi ilə əlaqələndirirlər.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.