#Cəmiyyət

Bakıda avtomobil ahıl qadını vuraraq hər iki ayağı sındırdı

Jan 13, 23:48 / Mənbə: Oxu.az

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu keçən 1965-ci il təvəllüdlü Eyvazova Səriyyə Nurməmməd qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır və sol budun sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.