#Dünya

Çində toy və dəfn mərasimləri qadağan olundu

Jan 13, 23:50 / Mənbə: Qafqazinfo.az

Çində COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün kəndlərdə kütləvi formada toy və dəfn mərasimlərinin təşkili qadağan olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb. 

Bildirilir ki, son günlər virusa yoluxma hallarının çoxalması hökuməti mübarizə tədbirlərini gündən-günə sərtləşdirməyə vadar edib. Əhalinin kütləvi toplaşması ilə müşayiət olunan tədbirlər və mərasimlər virusun sürətlə yayılmasına şərait yaradır. Ona görə də virus ocaqlarının qeydə alındığı yaşayış məntəqələrində yerli hökumətlər toy və dəfn mərasimlərinin təşkilini qadağan edib. 

Pekinin yaxınlıqda yerləşən Lanfan şəhərində isə sakinlərə 7 gün evdən çıxmaq qadağan olunub. 

Bundan əvvəl isə Şıciacuan və Sintay şəhərində tam qapanma, bəzi yaşayış məntəqələrində isə fövqəladə vəziyyət elan olunub.

Qeyd edək ki, yanvarın ilk günlərindən başlayaraq Çində COVID-19 infeksiyasına yoluxma halları sürətlə çoxalır. Ötən sutka ölkədə 115 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, bu da aprel ayından sonra gündəlik ən çox yoluxma halıdır.

Xəbərin mənbəsi: Qafqazinfo.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.