Qazaxda ikimərtəbəli fərdi ev yanıb
Jan 13, 23:26 / Mənbə: Az.trend.az
Bakı. Trend:
Qazax rayonu, Hüseynbəyli kəndində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Xəbərin mənbəsi: Az.trend.az