#Sosial

Müharibənin yazılmayan qanunlarından əziyyət çəkənlərə dəstək - VİDEO

Jan 13, 23:10 / Mənbə: Baku.ws

Vətən Müharibəsi qazilərinin yaraları təkcə fiziki yox, həm də psixolojidir.

Bu gün onların normal həyata qayıtması üçün həkim-psixiatrlar əllərindən gələni edirlər.

Baku TV-yə müsahibə verən həkim Səbinə Rəşidova qeyd edib ki, müraciət edən qazilərə digər pasiyentlər tərəfindən də daim hörmət edildiyi üçün onlar demək olar növbə gözləmədən qəbula düşürlər.

Müharibədə yaşadıqlarına görə psixoloji sarsıntı keçirmiş şəxslər və onların ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış Sosial Xidmətlər Agentliyinin onlayn psixoloji dəstək xidmətinə 050 406 75 85 nömrəsi ilə müraciət edə bilərlər.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.