Tounkara yenidən Bakı klubunda
Jan 13, 22:51 / Mənbə: Qafqazinfo.az
"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.
"Qafqazinfo" xəbər verir ki, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib.
29 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb. O, cari mövsümün sonunadək "Keşlə"nin formasını geyinəcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"ın şərəfini qoruyub.
Xəbərin mənbəsi: Qafqazinfo.az