#Maliyyə

Gürcüstanda bu il 10 % iqtisadi artım gözlənilir

Oct 28, 12:59 / Mənbə: Report.az

Gürüstanın Milli Bankı builki və 2022-ci il üzrə iqtisadi artım proqnozuna dəyişiklik edib.

“Report”un yerli bürosu xəbər verir ki, bank 2021-ci il üçün iqtisadi artım proqnozunu 8,5 %-dən 10 %-dək artırıb.

Milli Bank gələn il Gürcüstanda 5 %-lik iqtisadi artım gözləyir. Əvvəlki proqnozda bu göstərici 4 % olub.

Bankdan bildirilib ki, proqnozların yaxşılaşdırılması bir sıra faktorlarla, həmçinin yüksək kreditləşmə səviyyəsi və hökumətin sabit qalmaqda davam edən fiskal siyasəti ilə bağlıdır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.