#Maliyyə

AMB: "Startapların kapital bazarından maliyyələşməsinə maneəçilik törədmirik"

Oct 28, 11:58 / Mənbə: Report.az

"İlkin kütləvi yerləşdirməyə (İPO) çıxmaq istəyən şirkət ilk növbədə korporativ idarəetmə standartlarına cavab verməlidir. Nəticədə, bu şirkət səhmlərini digər investorlara, şəxslərə, investisiya şirkətlərinə satırsa, o investorlar qarşısında öhədəlik daşıyır. Çünki həmin şəxs o şirkətin səhmdarı olur, onun artıq mülkiyyətçisi olur".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kapital (AMB) bazarına nəzarət departamentinin Kapital bazarına nəzarət şöbəsinin rəisi Samir İsmayılov deyib.

Onun sözlərinə görə, bizdə də, korporavtiv idarəetmə standartlarına cavab verən bütün şirkətlər gəlib kapital bazarında maliyyələşə bilərlər:

"Son zamanlarda AMB-yə hansısa startap səhm bazarından kütləvi üsulla maliyyələşmək üçün müraciət etməyib. Müraciət olsa, bizim üçün heç bir çətinliyi yoxdur. Onlar gəlib bizdən qeydiyyatdan keçirlər, sonra digər emitentlər kimi proseslərini tamamlayıb, səhmlərini yerləşdirə bilərlər. Yəni, bu müraciətlər olsa, biz heç bir maneəçilik törətmirik heç kimə. Bazar hər kəsə açıqdır. AMB bazarın inkişafını dəstəkləyir".

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.