#Hadisə

Ötən gün toylara görə daha 19 nəfər cərimələnib

Oct 28, 11:49 / Mənbə: Report.az

Oktyabrın 27-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, monitorinq 58 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 19 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 462 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.