#Futbol

Xavi Ernandes "Barselona"nın baş məşqçisi ola bilər

Oct 28, 11:11 / Mənbə: Report.az

İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Xari Ernandes Kataloniya təmsilçisinin baş məşqçisi ola bilər.

"Report" xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano tviterdə yazıb.

Onun sözlərinə görə, hazırda Qətərin "Əl Sədd" klubuna rəhbərlik edən 41 yaşlı mütəxəssis Ronald Kumanın istefasından sonra bu posta əsas namizəd olub. Klub rəhbərliyi artıq Xavi ilə əlaqə də saxlayıb.

Bundan əlavə, Belçika millisinin baş məşqçisi Roberto Martines də namizədlər arasındadır.

Qeyd edək ki, Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.