#Futbol

Rusiyalı baş məşqçi "Sabah" klubuna mümkün keçidinə münasibət bildirib

Oct 28, 11:06 / Mənbə: Report.az

"Rəsmi açıqlamadan əvvəl heç nəyi şərh edə bilmərəm".

"Report"un məlumatına görə, bunu “Sabah” klubunda baş məşqçisi postuna əsas namizəd olan rusiyalı Murad Musayev "Sport24.ru" saytına açıqlamasında Azərbaycan təmsilçisinə keçidi barədə danışarkən deyib.

38 yaşlı mütəxəssis bu səbəbdən, məlumatı təsdiqləyə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Rusiyanın "Championat" nəşri gənc baş məşqçinin "Sabah"la anlaşdığını yazıb. Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb. Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb. Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis bu il aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.