#Azərbaycanca

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlayıb

Oct 21, 17:58 / Mənbə: News.day.az

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 444,5 milyon manat, büdcə xərcləri isə 7 328,2 milyon manat təşkil edib.

Day.Az Trend-ə istinadən bildirir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 178,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 384,4 milyon manat, bonus ödənişləri 772,0 milyon manat, tranzit gəlirləri 16,5 milyon manat, akrhesabı ödənişlər 5,3 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 266,3 milyon manata bərabər olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 7 309,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 3,4 milyon manat yönəldilib. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,1 milyon manat təşkil edib

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 990,6 milyon manat təşkil edib.

2021-ci il sentyabr ayının 30-a ARDNF-nin aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 milyon ABŞ dolları) nisbətən 1.52% artaraq 44 226,4 milyon ABŞ dolları təşkil edib.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.