#Maliyyə

Azərbaycanın bank sektorunun xalis mənfəəti 1 % azalıb

Oct 21, 18:05 / Mənbə: Report.az

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 505,6 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % azdır. 

9 ay ərzində bankların əməliyyat gəlirləri 2 170,9 milyon manat (1 il əvvələ nisbətən 13,55 % çox), əməliyyat xərcləri 1 417,9 milyon manat (17,55 % çox), xüsusi ehtiyatlara ayırmaları 154,3 milyon manat (2,2 dəfə çox), gözlənilməz gəlirləri 0,6 milyon manat (6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 93,8 milyon manat (23,25% az) təşkil edib. 

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.