#Gündəm

Faiz qərarından sonra türk lirəsi rekord səviyyədə ucuzlaşdı

Oct 21, 17:57 / Mənbə: Banco.az

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi Türkiyə Respublikası Mərkəzi Bankının faiz qərarından sonra sürətlə yüksəlib.

Banco.az türk mətbuatına istinadla bildirir ki, Mərkəzi Bankın uçot dərəcəsi üzrə faiz bəndini 18-dən 16-ya endirməsindən sonra türk lirəsi tarixi minimumunu yeniləyib. 9.48 səviyyəsi ilə yeni rekorda imza atan məzənnə daha sonra bir qədər geriləyib.

Hazırda Dollar/TL məzənnəsi 9.44 səviyyəsində icra edilir. 

Qeyd edək ki, Mərkəzi Bank ötən ay da gözlənilmədən uçot dərəcəsi üzrə faizləri aşağı salmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.