#Iqtisadiyyat

2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır - Vüsal Qasımlı

Oct 20, 16:02 / Mənbə: Az.trend.az

Bakı. Trend:

2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayacaq.

Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O deyib ki, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər əsasında hazırlanan “Sosial-iqtisadi inkişaf Strategiyası” 2022-ci ildən başlayaraq növbəti beş ili əhatə edəcək: “Eyni zamanda, Rəqəmsal transformasiya və Qarabağın inkişaf üzrə sənədlərin də qəbulu gözlənilir. Bir sözlə, Azərbaycan post-konflikt və post-pandemiya dövrünün çağırışlarına uyğun yeni səhifəni açır. Azərbaycanda Böyük Qayıdış dünya post-konflikt quruculuğu tarixində sürətinə və yeniliklərin tətbiqinə görə, həmçinin daxili imkanlar hesabına maliyyələşdirilməklə özünəməxsus yer tutacaq".

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.