#Qarabağ

Ekspert: "İşğalçıların 30 ildə dağıtdıqlarını Azərbaycan tez və effektiv şəkildə bərpa edir"

Oct 20, 11:10 / Mənbə: Report.az

"Azərbaycan 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Azərbaycan ordusunun yüksək döyüş hazırlığı və mənəvi ruhu hesabına qalib gəldi".

Bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Azərbaycan qələbəni özü qazandı. Azərbaycan hərbçilərinin döyüş hazırlığı və mənəvi ruhu İlham Əliyev kimi siyasi fiqur sayəsində təmin olundu. Ali Baş Komandan və Prezident kimi, o, böyük rol oynadı – şaxələndirilmiş, güclü iqtisadiyyat yaradıldı, mükəmməl silahlı qüvvələr formalaşdırıldı. O, dünya səviyyəli siyasətçi və hazırda dünyanın ən effektiv liderlərindən biridir. O, əməli ilə sübut etdi ki, müharibədə qalib gəlmək üçün məhz bu cür rəhbərə malik olmaq lazımdır”, - ekspert bildirib.

Onun fikrincə, bu gün Azərbaycan azad edilmiş əraziləri sürətlə bərpa edir: “Çox qısa müddətdə tikilən obyektlər ən yüksək beynəlxalq standartlara cavab verir. Füzuli Hava Limanı, Füzuli ilə Şuşanı birləşdirən “Zəfər yolu” infrastruktur nöqteyi-nəzərindən texniki standart və parametrlərin ən son tələblərinə cavab verir. Azərbaycan bərpa prosesində çox yüksək temp və səviyyə nümayiş etdirir. Hesab edirəm ki, bu, müəyyən mənada ölkənin vizit kartına çevriləcək. İşğalçıların 30 il ərzində dağıtdıqları bu gün tez və effektiv şəkildə bərpa edilir".

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.