#Azərbaycanca

Almaniya millisinin rəmzi komandası açıqlanıb

Oct 20, 10:16 / Mənbə: News.day.az

Futbol üzrə Almaniya millisinin tarixinin rəmzi komandası açıqlanıb.

Day.Az APA-ya istinadən bildirir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dördqat dünya çempionlarının üç simvolik "11-liy"ini müəyyənləşdirib.

Zəngin tarixə malik komandanın A, B və C yığmaları bəlli olub. Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts B komandasının müdafiə xəttində göstərilib.

Onunla yanaşı, Oliver Kan, Yurgen Klinsmann, Mattias Zammer ikinci, Manuel Noyer, Filipp Lam, Mixael Ballak, Miroslav Kloze isə üçüncü heyətə düşə bilib.

A yığması (4-3-3)

Qapçı: Zepp Mayer;

Müdafiəçilər: Frans Bekkenbauer, Pol Breytner, Manfred Kalts, Andreas Breme;

Yarımmüdafiəçilər: Lotar Matteus, Günter Netzer, Volfqanq Overat;

Hücumçular: Frits Uolter, Gerd Müller, Karl-Hayins Rummenigge

B yığması (4-4-2)

Qapıçı: Oliver Kan;

Müdafiəçilər: Mattias Zammer, Yurgen Kohler, Berti Foqts, Karl-Hayns Şnellinger;

Yarımmüdafiəçilər: Tomas Hesler, Rayner Bonhof, Bernd Şuster, Pyerr Littbarski;

Hücumçular: Uve Zeeler, Yurgen Klinsmann

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.