#Infrastruktur

Azərbaycan Macarıstanla dəmir yolu sahəsində əməkdaşlığı genişləndirə bilər

Oct 20, 10:07 / Mənbə: Report.az

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi ilə görüş keçirilib.

"Report" bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov ölkələrimiz arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərindən, o cümlədən nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan söhbət açıb. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində atılan uğurlu addımlardan danışan sədr dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb.

O, bildirib ki, Azərbaycan Beynəlxalq Nəqliyyat Dəhlizlərinin kəsişdiyi məkana çevrilib, ölkəmizin logistika və tranzit qovşağı kimi rolunun gücləndirilməsi üçün lazımi infrastrukturun qurulması prosesi davam etdirilir. Cavid Qurbanov ADY-nin Macarıstan dəmir yolları ilə "Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası" (TDƏŞ) Beynəlxalq Assosiasiyası və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) çərçivəsində əməkdaşlıq etdiyini deyib. O, Azərbaycan və Macarıstan dəmir yolları, eləcə də aparıcı loğistika şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və bu məqsədlə Bakıda görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Səfir isə ölkələrimiz arasında əlaqələrin inkişafından, beynəlxalq və regional layihələrin genişləndirilməsi istiqamətində Azərbaycanın fəaliyyətindən məmnunluğunu bildirib. O, Macarıstan şirkətlərinin dəmir yollarının tikintisində iştirakda maraqlı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.