#Region

Mixeil Saakaşvili tibbi yardım qəbul etməyə razılıq verib

Oct 20, 18:04 / Mənbə: Report.az

Gürcüstanda həbsdə saxlanılan sabiq prezident Mixeil Saakaşvili həkimlərin ona yardım göstərməsinə razılıq verib.

“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə siyasətçi yazdığı məktubda bildirib.

O, həbsdə qalacağı müddətdə heç bir formada qida qəbul etməyəcəyini və hətta ölümə hazır olduğunu deyib: “Bununla belə mən sona qədər sağlam düşüncəmi və işləmək qabiliyyətimi saxlamaq istəyirəm. Buna görə də həkimlər tərəfindən medikamentoz müdaxiləyə razıyam”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Hazırda Rustavidəki 12 saylı həbsxanada olan siyasətçi artıq 20-ci gündür aclıq aksiyası keçirir. Ötən gün sabiq dövlət başçısına baş çəkən həkimlər onu xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.