#Region

Gürcüstanın Baş naziri Aİ-nin xüsusi nümayəndəsini yeni sülh platforması barədə məlumatlandırıb

Oct 20, 18:01 / Mənbə: Report.az

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət adminstrasiyasından bildirilib.

Görüşdə əsas diqqət regionda sülh və etimadın təmin olunmasının əhəmiyyətinə yönəldilib. Gürcüstan baş nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma müsbət qiymətləndirilib. Qeyd olunub ki, Gürcüstanın vasitəçiliyi bölgədə dialoqa şərait yaradır və təhlükəsizlik mühitini yaxşılaşdırır.

İ.Qaribaşvili Aİ-nin xüsusi nümayəndəsini yeni sülh platforması - Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü barədə də məlumatlandırıb. Hökumət başçısı bildirib ki, bu təşəbbüs regionda sülh və sabitliyin təminatı üçün nəzərdə tutulub və Aİ-nin bu prosesi dəstəkləməsi xüsusi əhəmiyyət kəsb edir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.