#Futbol

"Lokomotiv"in baş məşqçisi Fatih Terimi tülkü adlandırıb

Oct 20, 17:48 / Mənbə: Report.az

Rusiya "Lokomotiv"inin yeni baş məşqçisi Markus Gisdol Türkiyənin "Qalatasaray" komandasına rəhbərlik edən Fatih Terim barədə danışıb.

"Report"un məlumatına görə, 52 yaşlı mütəxəssis rəqib həmkarını tanıdığını bildirib.

Gisdol türkiyəli baş məşqçinin dəst-xəttinin komandada hiss olunduğunu vurğulayıb: "Mən onu tülkü baş məşqçi adlandırardım. "Qalatasaray" taktiki cəhətdən intizamlı komandadır. Cinahlarda çox sürətli oyunçuları var, pressinqdən yaxşı çıxır, hücuma çox təhlükəli atılırlar. Terim bizə bir neçə rebus və teorem verəcək ki, onları da tapmağımız lazımdır".

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Lokomotiv" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.