#Azərbaycanca

Diaspor gəncləri Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Oct 20, 16:31 / Mənbə: News.day.az

Azərbaycan Diaspor Gəncləri Şəbəkəsi və diaspor gənclər təşkilatlarının birgə təşəbbüsü əsasında II Qarabağ savaşı zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı bəyanat qəbul edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, bəyanatda bildirilib ki, ötən ilin oktyabr ayında Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişinə əsasən, Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən Gəncə və Bərdə şəhərlərinə ballistik raketlərlə dəhşətli zərbələr endirilib. Bəşəri dəyərlərə və beynəlxalq konvensiyalara zidd olan bu amansız cinayətlər nəticəsində mülki azərbaycanlılar həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri ölkəmizin Mingəçevir, Naftalan, Goranboy, Tərtər şəhərlərini, Ağdam və Xızı rayonlarını intensiv şəkildə atəş altında saxlamaqla ağır müharibə cinayətlərinə yol verib.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.