#Iran

Güney Azərbaycanda müəllimlərin etiraz aksiyaları genişlənir - VİDEO

Oct 15, 20:06 / Mənbə: News.milli.az

Müəllimlərin və təhsil işçilərinin etiraz aksiyaları oktyabrın 14-də də davam edib.  

Milli.Az xəbər verir ki, Cənubi Azərbaycan şəhərlərində müəllimlərin, təhsil işçilərinin və təqaüdə çıxmış təhsil sistemi əməkdaşlarının etiraz aksiyaları genişlənib.  

Oktyabrın 14-də Təbriz, Culfa və Ərdəbil şəhərlərində adı çəkilən şəhərlərin Təhsil İdarəsinin qarşısına toplaşan müəllimlər və təqaüddə olan təhsil işçiləri təsnifatlaşdırma (sıralama) və əmək haqlarının uyğunlaşdırılması planının həyata keçirilməməsinə öz etirazlarını bildiriblər.

"Azad İran" Telegram kanalının verdiyi məlumata görə, etirazçılar "müəllim ayrı-seçkilikdən bezib" kimi şüarlarla hüquqlarının pozulmasına və məsələnin həll olunması ilə bağlı İran hökuməti və Təhsil Nazirliyi tərəfindən verilən vədlərin yerinə yetirilməməsinə narazılıq ediblər. 

Milli.Az

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.