#ölkə

Xudatda "patı" satanlar saxlanıldı - FOTO

Oct 15, 19:36 / Mənbə: News.milli.az

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlanması, daşıması və satmasında şübhəli bilinən Xudat şəhər sakinləri Fərman Şahmuradov və Rüstəm Seyidov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin və "patı", "şüşə" adlanan psixotrop maddə metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı istintaq aparılır.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.