#Ikt

Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb

Oct 15, 14:15 / Mənbə: Report.az

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC Azərbaycan Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb. Poçt markası 5000 tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Markanın müəllifi rəssam Orxan Qarayevdir.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

2014-сü ildən başlayaraq Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin ideyası, təşəbbüsü və səyi nəticəsində Azərbaycan memarlığına, korifey memarlarımızın yaradıcılığına həsr olunan poçt markalarının nəşrinə başlanılıb. Dövriyyəyə buraxılan markanın eskizi mövzuya uyğun olaraq tərtib edilib.

Şəbəkə sənəti XI-XII əsrlərdən etibarən Azərbaycan memarlığında tətbiq edilir və qeyri-maddi mədəni irs nümunəsi sayılır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.